DÜNYA

22 Yanvar

Martda ucuz iPhone təqdim edilə bilər

Mövzu haqqında məlumata malik mənbələrə görə, Apple şirkəti qlobal ağıllı telefon bazarında daha geniş bir müştəri kütləsini cəlb edə bilmək üçün Fevralda yeni bir ucuz iPhone istehsalına başlamağı planlaşdırır.

 

Fins.az xəbər verir ki, şirkət yeni modelin Mart ayında rəsmi olaraq təqdimatını keçirməyi planlaşdırır.

 
Yeni model, iPhone SE-dən sonra istehsal edilən ən ucuz iPhone modeli olacaq. "Bloomberg News"ın xəbərinə görə, yeni model 2017-dəki iPhone 8-ə bənzəyir və 4.7 düym ekrana malikdir. Apple iPhone 8 modelini 449 dollardan satır, iPhone SE modelini isə 399 dollardan satmışdı.

 

Daha ucuz modellərin çıxarılması, xüsusilə Hindistan kimi, qiymət rəqabətinin ön planda olduğu və sürətlə böyüyən yeni telefon bazarlarında, Apple-ın rəqabət aparmasına kömək edə  bilər.

 

©Marja