DÜNYA

20 Yanvar

Facebook “WhatsApp”da reklam yerləşdirməkdən imtina edib

Facebook WhatsApp çatında reklam yerləşdirməklə bağlı planından imtina edib. Belə ki, şirkət bu iş üçün tutduğu komandanı ləğv edib. Bu barədə Wall Street Journal xəbər verir. Layihə ilə bağlı kod tətbiqdən silinib.

Facebook, messenceri 2014-cü ildə 19 mlrd. dollara əldə edib.Buna qədər WhatsApp pullu tətbiq idi – istifadəçilər ildə 0,99 dollar ödəməli idilər, Facebook bu ödənişi ləğv etdi.

Mark Zuckerberg bildirib ki, şirkətinin messencerdə reklam yerlışdirmək planı artıq yoxdur. Bunun səbəblərindən biri  Facebook rəhbərləri ilə yaranan fikir ayrılığı olub.

Belə ki, WhatsApp-ın qurucularından biri Yan Kum Facebook-un WhatsApp-a münasibətdə yeritdiyi siyasətin bir çox punktları ilə razılaşmayıb. Bunların içərisində messencerə reklam tətbiq etmək, reklamçılar üçün istifadəçilərin şəxsi məlumatlarından istifadə etmək və WhatsApp-da istifadəçi məzmununun şifrələnməsini zəiflətmək cəhdləri vardır.

Facebook yenə də statuslarda nə zamansa reklamların ola biləcəyini qeyd etsə də hələ ki müvəqqəti olaraq bu planından imtina edib. Yaxın vaxtlarda Facebook biznes-istifadəçilər üçün funksiyalar yaratmağı düşünür.

Wall Street Journal mənbələrinin sözlərinə görə, Facebook sosial şəbəkədə müştərilərlə qarşılıqlı fəaliyyət göstərmək istəyən sahibkarlar üçün ödənişli funksiyalar yaratmaq istəyir. Əgər ABŞ və Qərbi Avropada WhatsApp-dan əsasən gündəlik şəxsi söhbətlər üçün istifadə olunursa, inkişaf etmiş ölkələrdə ondan biznes üçün də yararlanırlar.

Artıq sözügedən messencerin sahibkarlara müştərilərinin istəklərini çeşidləməyə imkan verən alətləri var və onların sayəsində həmin sorğular avtomatik cavablandırılır, tətbiqdə məhsul kataloqu əks olunur. Facebook  və ya İnstagram reklamçıları WhatsApp çatlarında reklamın üzərinə basan istifadəçilərlə birbaşa əlaqə qura bilirlər.

Qeyd edək ki, keçən həftə Marc Zuckerberg 2020-ci ildən gözləntiləri barədə yazarkən Facebook, İnstagram və WhatsApp-da kiçik biznes üçün imkanları genişləndirmək niyyətini bildirmişdi.