BİZNES

27 May

\"Azərlotereya\" -nın lotereya biletlərinin çapına hər hansı bir insan müdaxilə edə bilər ?

"Azərlotereya" ASC lotereya biletlərinin uduş fondunu və insan müdaxiləsi faktorunu nəzərə alaraq bu sahədə şəfafalığı xüsusilə diqqət mərkəzində saxlayır. Bəzən belə bir fikir yaranır ki, bu loteraya biletləri insanlar tərəfindən tərtib olunur və "Azərlotereya" -nın əməkdaşlarının lotereya biletlərinə müdaxilə edilmək imkanı var.  Bu fikirlərə cavab olaraq "Azərlotereya" ASC açıqlayır ki, şirkətə məxsus lotereya biletləri Böyük Britaniyada "Scientific Games" şirkəti tərəfindən dizayn və çap edilir. Heç bir halda lotereya biletlərinin tərtibi və dizaynı, çapına  nəinki "Azərlotereya" ASC əməkdaşları hər hansı bir insanın müdaxiləsi mümkün deyil.

Bu sahədə  "Azərlotereya" ASC  dünyada lotereyaların təşkili ilə məşğul olan yüksək texnologiyaya malik peşəkar şirkətlərdən biri olan "Scientific Games"lə əməkdaşlıq edir. "Scientific Games" 1974-cü ildən dünyada ilk təhlükəsiz lotereya oyunlarını hazırlayan peşəkar və tam təhlükəsiz şirkət kimi tanınır.

Hazırda "Scientific Games" hər qitədə təxminən 130 lotereya təşkilatı üçün lotereya biletlərinin tərtibi və dizaynı, çapını həyata keçirir. 

Müəllif:Aynur Qəniyeva