BİZNES

28 Fevral

Azexport.az -a 42,1 mln dollar məbləğində ixrac sifarişi

“İxrac İcmalı”nda göstərilib ki, Azexport.az portalına 2020-ci ilin yanvar ayında 42,1 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub.

Fins.az xəbər verir ki, 2020-ci ilin yanvar ayı ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (15,3%), Səudiyyə Ərəbistanı (9%), Türkiyə (8,1%), Hindistan (7,2%) və Fransa (7,2%) qərarlaşıb.

Bildilir ki, "Cari ilin yanvar ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq, yumurta, pomidor, xiyar, yerkökü, kartof, tütün, şərab, çay, qənnadı məhsulu, kosmetik vasitə, gübrə, xurma, fındıq, mebel dəsti, tikinti materialı, nar şirəsi və s. mallara daxil olub. 2017-ci ilin yanvar ayından 2020-ci ilin 31 yanvar tarixinə kimi (37 ay ərzində) Azexport.az portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 626,9 milyon ABŞ dolları təşkil edib.