BİZNES

15 Yanvar

Azərbaycanda qeyri-neft sektoru üzrə dövlət büdcəsinə daxilomalar proqnozdan 12% çox olub

2019-cu il üzrə dövlət büdcəsinin gəlirləri 24199,6 mln. manat, xərcləri 24404,8 mln. manat olub.

Fins.az bu barədə Maliyyə Nazirliyinin 2019-cu il üzrə dövlət və icmal büdcənin icrasına (operativ) dair məlumatına istinadən xəbər verir.

2019-cu il üzrə dövlət büdcəsinin gəlirləri 24 199,6 mln. manat və ya proqnoza qarşı 1 031,6 mln. manat çox (4,5% çox) icra olunub. Bu 2018-ci illə müqayisədə 1 690,7 mln. manat və ya 7,5% çoxdur.

 

Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə 10 595,1 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 1 127,4 mln. manat və ya 11,9%, 2018-ci illə müqayisədə isə 1 486,7 mln. manat və ya 16,3% çoxdur.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7 672,1 mln. manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 356,1 mln. manat və ya 4,9%, 2018-ci illə müqayisədə isə 256,6 mln. manat və ya 3,5% çoxdur.

Gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə 4 408,6 mln. manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 706,6 mln. manat və ya 19,1%, 2018-ci illə müqayisədə isə 974,6 mln. manat və ya 28,4% çoxdur.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 364,3 mln. manat vəsait transfert edilib.

2019-cu ildə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 590,1 mln. manat, sair daxilolmalardan 164,5 mln. manat vəsait dövlət büdcəsinə daxil olub.

2019-cu ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin mədaxili 7 328,4 mln. manat icra olunub.

Hesabat ilində dövlət büdcəsinin xərcləri 96,9% və ya 24 404,8 mln. manat icra edilmişdir ki, bu da 2018-ci illə müqayisədə 1 673,2 mln. manat və ya 7,4% çoxdur.

2019-cu il ərzində dövlət büdcəsi xərclərinin 13 514,4 mln. manatı və ya 55,4%-i cari xərclərə, 9 366,1 mln. manatı və ya 38,4%-i əsaslı xərclərə, 1 524,3 mln. manatı və ya 6,2%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Keçən ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 7 714,2 mln. manat icra olunub.

2019-cu ilin dövlət büdcəsinin kəsiri 205,2 mln. manat təşkil edib ki, bu da proqnozlaşdırılan 2 022,0 mln. manat kəsirdən 1 816,8 mln. manat və ya 9,9 dəfə azdır.

Kəsirin maliyyələşdirilməsi dövlət istiqraz vərəqələrinin satışından, dövlət əmlakının özəlləşdirməsindən daxil olan vəsait və vahid xəzinə qalığı hesabına həyata keçirilib.

Ötən ilin icmal büdcəsinin gəlirləri 33 818,3 mln. manat olmuşdur ki, bu da proqnoza nisbətən 4 583,5 mln. manat və ya 15,7%, 2018-ci illə müqayisədə isə 2 893,6 mln. manat və ya 9,4% çoxdur.

2019-cu ilin icmal büdcəsinin xərcləri 26 475,6 mln. manat 96,7% təşkil edib.

Ötən ilin icmal büdcəsində 7 342,7 mln. manat büdcə artıqlığı (profisit) yaranıb ki, bu da proqnoza (1 863,9 mln. manat) nisbətən 5 478,8 mln. manat və ya 3,9 dəfə çoxdur.