BİRJA

17 Sentyabr

Tamerlan Bayramlı:Ölkədə investisiya alətləri azdır və gəlirlilik göstəriciləri aşağıdır

Azərbaycanda nominaldan fərqli olaraq real gəlirlilik əldə etmək çox çətindir.

Fins.az xəbər verir ki,bunu Plato Capital and Co. İnvestisiya şirkətinin Direktor müavini Tamerlan Bayramlı deyib.

O bildirib ki,ölkədə investisiya alətlərinin azdır və gəlirlilik göstəriciləri aşağıdır. İnvestor manatda 6-8% arası depozitlər, istiqrazlarda təxmini o rəqəmlərlə qarşılaşır. Dolların məzənnəsinin artıq uzun müddət eyni səviyyələrdə qalması da eyni nəticələrə gətirib çıxarır. Əlbəttə ki, bu yatırımlara risksiz yatırım kimi baxırlar.

Tamerlan Bayramov investisisya edərkən risk amilinə də toxunaraq "Amma dünyada sürətlənən inflyasiya şəraitində investorlar 0% - ə yaxın və bəzi hallarda mənfi gəlirliklə qarşı - qarşıya qalırlar. Gəlirliliyi artırmaq üçünsə risk etmək vacibdir. Klassik nəzəriyyədə çox risk, çox gəlirlilik deməkdir."-deyə qeyd edib.

Müəllif: Aynur Qəniyeva