BİRJA

09 İyun

Qızılın qiyməti ABŞ inflyasiyasından ASLIDIR

Təcrübəli bazar analitiki Jeffrey Halley-ə görə, qızılın qiymətinin istiqaməti ABŞ inflyasiyasına bağlıdır.

Fins.az xəbər verir ki, sərmayəçilər ABŞ inflyasiya məlumatlarına fokuslanıblar. 

Cümə axşamı günü Avropa Mərkəzi Bankının pul siyasəti yığıncağı keçiriləcək. Fed-in 15-16 İyunda keçirəcəyi pul siyasəti yığıncağı əvvəlində açıqlanacaq son əhəmiyyətli məlumat da ABŞ-da inflyasiya məlumatları olacaqdır.

Marja xəbər verir ki, Fed-in hazırkı pul siyasətinə davam etməsi və inflyasiyanın artması qızıl qiymətlərini yuxarı istiqamətli dəstəkləyəcək əhəmiyyətli bir faktor ola bilər.

Bu həftəyə 1890 dollar ətrafında başlayan unsiya qızıl, 1882 dollara qədər gerilədikdən sonra yenidən 1900 dolların üzərinə qədər yüksəlmişdi. İnflyasiya məlumatı əvvəlində üfüqi qalan qızıl qiymətləri, çərşənbə günü 1894 dollar ətrafındadır.

"Qızılın taleyi ABŞ inflyasiyasına bağlı vəziyyətdədir. Əgər qiymətlər məlumatdan sonra 1840 dollardan aşağı düşsə uzunmüddətli "ralli" ilə əlaqədar narahatlıqlar yarana bilər. 1920 dollar səviyyəsi keçildiyində isə yeni hədəf 1960-1965 dollar ətrafında olacaq",- Jeffrey Halley bildirib.