BANK

05 Dekabr

Fitch Qazaxıstanın uzunmüddətli emitentin defolt reytinqini təsdiqləyib

Beynəlxalq reytinq agentliyi olan "Fitch Ratings" Qazaxıstanın xarici valyutada uzunmüddətli defolt reytinqini (IDR) sabit proqnozla "BBB" səviyyəsində təsdiqləyib.

Fitch bildirir ki, Qazaxıstanın IDR göstəricisi ölkənin sağlam fiskal və tədiyyə balansı göstəricilərini əks etdirir, xarici şoklara davamlıdır.

Eyni zamanda, Fitch, ölkənin reytinqini məhdudlaşdıran amillər olaraq - iqtisadiyyatın əmtəələrdən yüksək asılılığını, yüksək inflyasiyanı və oxşar “BBB” ölkələri ilə müqayisədə daha az inkişaf etmiş iqtisadi siyasət sistemini hesab edir.

Agentlik Rusiya ilə bağlı sanksiyaların təsiri və ya geosiyasi gərginliklər, əmtəə qiymətlərinin kəskin düşməsi və ya ixracda fasilələr səbəbindən ölkənin balansının pisləşməsi fonunda ölkənin reytinqini aşağı sala bilər.

Fitch iqtisadi siyasət çərçivəsinin davamlı olaraq gücləndirilməsi və ya fiskal və xarici buferlərin gücləndirilməsi fonunda reytinqi yüksəldə bilər