BANK

28 Avqust

Maaşların dollarla verilməsi perspektivi qiymətləndirilib

Rusiyalıların əmək haqlarının dollar ilə verilməsi mümkün deyil.

Ölkənin milli valyutası rubldur, o səbəbdən başqa bir valyutaya yalnız ixrac ödənişlərini bağlamaq mümkündür. Beləliklə, NSN telekanalının efirində ruslara dollar ilə əmək haqqı verilməsi perspektivi iqtisadçı Denis Rakşa tərəfindən bu cür qiymətləndirilib.
O, qeyd edib ki, əmək haqlarının dollara çevrilərək ödənilməsi məsələsi hətta müzakirə belə edilməyəcək. Bir müddət əvvəl sözügedən məsələ ilə bağlı keçirilən sorğunu isə iqtisadçı ağılsızlıq adlandırıb. “Vətəndaşlar müxtəlif şeylər istəyə bilərlər. Son dəfə belə bir hal ötən əsrin 90-cı illərinin əvvəlində baş vermişdi”, – Denis Rakşa sözügedən təklifə qəzəbli formada reaksiya verib.

Qeyd edək ki, bir müddət əvvəl Superjob portalının həyata keçirdiyi sorğunun nəticələri dərc olunmuşdu. Həmin sorğuya əsasən rusiyalıların üçdə biri öz məvaciblərini valyutada almaq istəklərini bəyan ediblər. Sorğuda iştirak edənlərin 39 faizi isə maaşlarını rublla almaqda davam etmək istədiklərini söyləyiblər.