BANK

21 Oktyabr
5

Təxirə salınan Brexit qərarı -Sterlinqin qeyri sabit məzənnəsi

Böyük Britaniya parlamentində Avropa Birliyi ilə razılaşdırılan Breksit sazişinin səs verməsi təxirə salınmaqla, keçən həftə oktyabrın 31-də baş tuta biləcək razılaşdırılmış Breksit ümidləri azalmağa başlayıb. Parlament müvafiq qanunvericiliyin hazırlanması üçün vaxt istəsə də hökümət Breksit vaxtını uzatmaqda maraqlı deyil və bu, maliyyə bazarlarında qeyri-müəyyənliyi artırır. Beləliklə, yenidən artan risklər fonunda GBP/USD məzənnəsi 1.25$-a kimi dəyər itirə bilər.