AVTO

06 May

Hyundai ən kiçik krossoverini hazırlayır - FOTO

Hyundai şirkəti ölçülərinə görə üçqapılı Lada Niva Legend modeli ilə müqayisə ediləcək subkompakt krossoverin tizerlərini paylaşıb.

Zavod daxili AX1 kod adı ilə işarələnən model, mükəmməl yuvarlaq formalı qeyri-adi ön fənərləri və çoxsaylı üçbucaqlardan naxışı olan arxa işıq texnikasını alacaqdır. Yeni model haqqında məlumat azdır. Böyük ehtimalla, krossover Santro və Aura modellərinin əsasını təşkil edən K1 arxitekturasında inşa ediləcək, 1,1 və ya 1,2 litrlik benzin mühərriklərindən birinə sahib olacaqdır. AX1 modeli alternativsiz ön ötürmə ilə təklif ediləcəkdir.

Krossoverin istehsalı Hyundai Motor Company şirkətinin Cənubi Koreyanın Kvancu şəhərindəki zavodda təşkil ediləcəkdir. İldə 70.000 krossoverin buraxılması plamlaşdırılır. Qeyri-rəsmi məlumatlara görə, yeni modelin qiyməti 7 milyon vondan (10,5 min manat) başlayacaq.