AVTO

26 Dekabr

Xarici diplomatik nümayəndəlikləri elektrik avtomobillərlə təchiz olunacaq

Böyük Britaniyanın xarici diplomatik nümayəndəlikləri ekoloji cəhətdən təmiz sahəyə çevrilmə proqramı çərçivəsində elektrik avtomobillərlə təchiz olunacaq.

Fins.az xəbər verir ki, sözügedən proqram çərçivəsində gələn ilin aprel ayınadək ölkənin xarici ölkələrdəki 30 diplomatik nümayəndəliyinə “Jaguar 1-Pace” tipli elektrik krossoverlər gətiriləcək. Bütövlükdə, 2022-ci ilədək Xarici İşlər Nazirliyinin avtomobil parkının 25 faizi, 2030-cü ilədək 100 faizi karbohidrogenlə işləməyən nəqliyyat vasitələrindən ibarət olacağı bildirilir. Bununla yanaşı, ölkənin diplomatik nümayəndəliklərinin damlarında günəş batareyaları quraşdırılacaq, sahə üzrə plastik stəkanların istifadəsinə son qoyulacaq. “Dünyanın ən yaşıl diplomatik xidməti olmağımızı istəyirəm. Benzin avtomobillərindən elektrik maşınlara keçməklə bu məqsədə çata bilərik”,- XİN-in açıqlamasında nazir müavini Saymon Makdonaldın sözlərinə yer verilir. Report