AQRO

29 Mart

Bərdədə 8500 hektardan çox sahədə pambıq becəriləcək

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Bərdədə fermer və torpaq mülkiyyətçiləri çiyid səpininə hazırlaşırlar.

Fins.az xəbər verir ki, artıq 1184 istehsalçı ilə 3950,48 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 2350 hektarı “Azərpambıq” MMC, 1850 hektarı “P-Agro” MMC, 200 hektarı “Aztəsərrüfat” MMC və 150 hektarı “Namaz” MMC olmaqla, 8500,48 hektarda pambıq əkini üçün müqavilə bağlanıb. Pambıq becəriləcək sahələr şumlanıb, qış aratına qoyulub.

Kütləvi çiyid səpininə aprelin 10-da başlanacaq.