AQRO

17 İyul

Diri çəkidə ət istehsalı 3,1 faiz artıb

Cari ilin yanvar-iyun aylarında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 3,1 faiz artaraq 268,5 min ton, süd istehsalı isə 1,8 faiz artaraq 1 milyon 75,3 min ton təşkil edib.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, həmin dövrdə yun istehsalı 0,1 faiz artaraq 14,6 min ton, barama istehsalı 10,2 faiz artaraq 491,3 ton, yumurta istehsalı isə 4 faiz azalaraq 951,3 milyon ədəd olub.

Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 5,6 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,4 faiz, bitkiçilik məhsullarının istehsalı isə 8,9 faiz artıb.