VAKANSİYA

“Bank Respublika” işçi axtarır - VAKANSİYA
26 NOYABR
1409

“Bank Respublika” işçi axtarır - VAKANSİYA

2018-11-26 19:06:00

Bank Respublika ASC “Layihələrin İdarə Edilməsi üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri: 

  •          Layihəyələrin koordinasiyasında, sənədləşməsində, izlənməsində,  monitorinqində, nəzarətdə, loqistika məsələrində LİD-in səlahiyyətli şəxslərinə və layihə rəhbərlərinə dəstək göstərir;
  •          Layihələrin iş prosesi standartlarının və zəruri sənəd şablonlarının hazırlanmasında iştirak edir;
  •          Bank üzrə layihələrin uğurlu həyata keçməsi məqsədi ilə zərurət yarandığı təqdirdə layihə qrupunun üzvü və ya layihə meneceri kimi iştirak edir;
  •          Layihələrin konsepsiyasının, metodologiyasının, standartlarının, iş prosesinin sənəd şablonlarının hazırlanmasında iştirak edir;
  •          Layihələrlə əlaqəli  tender və müsabiqələrin təşkilində və keçirilməsində iştirak edir. 

Namizədə qarşı tələblər:

  •          Təhsil: ali (yeni məzunlarda müraciət edə bilər)­
  •          Dil bilikləri:Azərbaycan dili (əla), Rus dili (yaxşı) və İngilis dili (əla);
  •          Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq;
  •          Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
  •          Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
  •          Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  •          Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.

Sizə nə təklif edirik?

  •          Layihələrin idarəedilməsi üzrə geniş bilgilər və təcrübə;
  •          Əlverişli iş mühitində çalışmaq imkanı;
  •          Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 02 dekabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Layihələrin idarə edilməsi departamentinin mütəxəssisi” qeyd edərəkHR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256