VAKANSİYA

Neft Fondu işçi axtarır - VAKANSİYA
15 İYUL
3183

Neft Fondu işçi axtarır - VAKANSİYA

2018-07-15 09:00:00

Risklərin idarə edilməsi departamentinin Modelləşdirmə və gəlirliliyin ölçülməsi şöbəsinin təhlilçisi

 Öhdəliklər:

 
  • Maliyyə alətləri üzrə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, tənzimlənməsi və nəzarət altında saxlanılması;
  • İnvestisiya portfelinin gəlirliliyinin, bençmarka nəzərən kənarlaşmanın və gəlirlilik üzrə bölgünün hesablanması;
  • İnvestisiya portfelinin maliyyə alətləri və valyutalar üzrə bölgüsünün hesablanması və mütəmadi monitorinqinin həyata keçirilməsi;
  • Şöbənin fəaliyyət istiqamətləri çərçivəsində dövri olaraq hesabatların hazırlanması;
  • Müxtəlif göstəricilər üzrə ssenarilərin Fondun investisiya portfelinə təsirini müəyyən etmək məqsədilə stress testlərin və ssenari təhlillərinin həyata keçirilməsi.
 Tələblər:
 Təhsil: Ali təhsil (maliyyə/iqtisadi/riyazi). Maliyyə/Biznesin idarə edilməsi sahəsində magistr dərəcəsi və ya FRM, PRM və CFA sahəsində nailiyyətləri olanlara üstünlük verilir.

Təcrübə: Risklərin idarə edilməsi sahəsində 1 ildən çox analoji iş təcrübəsi olanlara üstünlük verilir.

Dil bacarığı: Azərbaycan və ingilis dilində sərbəst danışıq qabiliyyəti və yazı bacarığı vacibdir.

Kompüter bacarığı: Yüksək səviyyədə kompüter biliyi və proqramlaşdırma bacarığı. Maliyyə və statistik analiz məqsədləri üçün proqram paketlərindən istifadə vərdişləri.

Ümumi peşəkar bacarıqlar:

Ənənəvi və alternativ maliyyə alətlərini dərindən anlamaq;

Ümumi investisiya portfelini gəlirlilik və risk müstəvisində qiymətləndirmək;

Gəlirliliyin ölçülməsi və risklərin idarə edilməsi sahəsində biliyə sahib olmaq;

Analitik düşünmə, hesabat tərtib etmə və qərarvermə qabiliyyəti, intensiv rejimdə və kollektiv mühitində işləmək qabiliyyəti, beynəlxalq təşkilatlarla ünsiyyətqurma bacarığı.

İşlə bağlı bu linkdən müraciət etmək mümkündür: http://www.oilfund.az/az_AZ/karyera-imkanlari/vakansiya/elektron-anket-formasi.asp

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254