VAKANSİYA

"Beynəlxalq Bank" işçi axtarır -VAKANSİYA
24 MAY
2124

"Beynəlxalq Bank" işçi axtarır -VAKANSİYA

2018-05-24 15:30:00

Azərbaycan Beynəlxalq Bankı region filiallarına İstehlak Kreditləri üzrə Mütəxəssis, Aparıcı Mütəxəssis, Baş mütəxəssis vakansiyaları elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Müasir Dövlət Bankının uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Müraciət etmiş müştərilərə kredit məhsulları barəsində məlumat vermək;
 Kredit portfelini formalaşdırmaq və idarə etmək;
 Mütəmadi yeni müştərilərin tapılması istiqamətində addımların həyata keçirmək;
 Müştərilərə bank məhsullarının təqdim olunması və çarpaz satışların aparılmaq;
 Daxil olmuş bütün müraciətlərin qeydiyyatını aparmaq;
 Müştərilərin ödəmə qabiliyyətinin təhlil etmək;
 Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək;
 Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək.

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil (iqtisadiyyat, maliyyə-kredit, biznes, idarəetmə, hüquq və s.);
 Bank sahəsində (Satış və ya istehlak kreditləri üzrə) 1-3 il iş təcrübəsi; 
 Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
 Azərbaycan dilində səlist danışmaq/yazmaq (xarici dil bilikləri olanlara üstünlük verilir);
 Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi vəzifəsində) işləyən namizədlərə üstünlük veriləcək.

Bu iş sizə nələri qazandıracaq:

 Bankın kreditləşmə sahəsində  iş proseslərini dərindən öyrənmə imkanları;
 İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq;
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  12 iyun 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən region adını qeyd edin və vəzifə adını İstehlak Kreditləri üzrə namizəd şəklində göstərin. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260