VAKANSİYA

“Access Bank” işçi axtarır – VAKANSİYA
26 APREL
1063

“Access Bank” işçi axtarır – VAKANSİYA

2018-04-26 20:30:00
“Access Bank” Hüquqşünas vəzifəsinə işçi axtarır
Öhdəliklər
• Bankın daxili korporativ aktların hazırlanması və rəsmiləşdirilməsi;
• Müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
• Nümunəvi müqavilə layihələrinin hazırlanması;
• Bankın struktur bölmələrin fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvericilik çərçivəsində həlli;
• Hüquqi rəylərin hazırlanması;
• Bankın tərəfdaşları və dövlət orqanları ilə münasibətdə hüquqi dəstəyin verilməsi;
• Məhkəmələrdə təmsilçilik;
• Bankın əməkdaşları üçün təcrübi təlimlər keçirmək
• Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması.
Tələblər
• Ali hüquq təhsili;
• Mülki, əmək, inzibati və bank qanunvericiliyi sahəsində müfəssəl biliklər;
• Korporativ hüquq sahəsində 3 illik iş təcrübəsi;
• Azərbaycan və rus dillərində danışıq və yazı bacarıqları (ingilis dilini bilənlərə üstünlük veriləcək);
• Gərgin iş rejimində, komandada işləmək və danışıqlar aparmaq bacarığı;
• Ofis proqramlarında sərbəst işləmək bacarığı;
• Analitik və yaradıcı düşüncə.
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254