VAKANSİYA

Polimer Sənaye Parkı işçi axtarır – VAKANSİYA
19 MART
2769

Polimer Sənaye Parkı işçi axtarır – VAKANSİYA

2018-03-19 22:00:00

Polimer Sənaye Parkı MMC Korporativ Satış Nümayəndəsi vəzifəsinə işçi axtarır.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Sahə: Polimersənayesi, qapı və mebel istehsalı

Namizədə Tələblər:

- Yaş həddi: 25-35 
- Ali təhsil
- MS Office proqramlarından yüksək səviyyədə istifadə bacarıqları;
- Korporativ satış şöbəsində 3 il iş təcrubəsi;
- Analitik düşünmə tərzi və təşəbbüskarlıq;
- Ünsiyyətcil, işgüzar, səlist və aydın danışıq qabiliyyətinin olması;
- Təqdimat bacarığının olması;
- Azərbaycan, İngilis, Rus dillərində danışma və biznes korrespondensiya
- Müştəri ilə ünsiyyət qurmaq bacarığı 
- Aktiv və çalışqan 
- Təzyiq altında işləmək bacarığı 
- Məqsədyönlü və işinə məsuliyyətli yanaşan 
- Kollektivlə işləmə bacarığı 
- Öz karyerasını satış sahəsində qurmaq istəyən şəxslər
 
İnşaat materialların və mebellərin satışı üzrə təcrübəyə malik və şəxsi avtomobili olan şəxslərə üstünlük veriləcək
 
Vəzifə Öhdəlikləri:   

- Korporativ Satış Departamentinin satış hədəfinə çatması üçün verilən tapşırıqları icra etmək;
- Müəssisənin ümumi strateji planı çərçivəsində korporativ satış siyasətini icra etmək;
- Korporativ  satış üzrə Dövlət və digər müəssisələrdə keçirilən Tenderlərdə işləmək;
- Korporativ müştəri bazasının formalaşdırılması və yeni əlaqələrin qurulması;
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
- İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
- Müştərilərə təqdimatların keçirilməsi və təkliflərin verilməsi;
- Gündəlik nəticələr haqqında hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək ;
- Rəqib şirkətlər haqqında zamanında və dolğun məlumat toplamaq ;
- Mövcud bazarın təhlil etmək.

İş qrafiki: 5 gün, Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə

Əmək haqqı: Müsahibə əsnasında təyin olunacaqdır (Sabit maaş + bonus).

Polimer Sənaye Parkı MMC Sumqayıtda yerləşir,

Vakansiyaya CV@polypark.az ünvanına mövzuda “Korporativ Satış Nümayəndəsi” qeyd etməklə müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270