VAKANSİYA

“Beynəlxalq Bank” işçi axtarır – VAKANSİYA
15 MART
1892

“Beynəlxalq Bank” işçi axtarır – VAKANSİYA

2018-03-15 21:00:00

Azərbaycan Beynəlxalq Bankı Azərbaycan ipoteka fondu vasitəsilə kreditləşmə istiqaməti üzrə mütəxəssis vakansiyası elan edir.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

 

Azərbaycan ipoteka fondu vasitəsilə kreditləşmə ilə əlaqədar müştəriləri qəbul etmək;
- İlkin mərhələdə tələb olunan sənədlər toplusunu müştəridən təhvil alaraq icra üçün yönləndirmək;
- Azərbaycan ipoteka fondu vasitəsilə kreditləşmə istiqamətində sənəd dövriyyəsinin hazırlanması, nizamlanması və tam paket formasında təqdim edilməsi.

Vakant vəzifə üzrə tələblər:

Ali təhsil (iqtisadiyyat, riyaziyyat və s.);
- Azərbaycan ipoteka fondu vasitəsilə kreditləşmə istiqaməti üzrə minimum 1 il iş təcrübəsi; 
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan və rus dillərində səlist danışmaq/yazmaq bacarığı (ingilis dili biliyi üstünlükdür);

Digər əsas keyfiyyətlər:

Analitik düşüncə, problemləri həll etmə bacarığı;
- Müştərilərlə ünsiyyət qurma və komanda ilə işləmə bacarığı;
- Vaxtı idarəetmə və operativ şəkildə işləmək bacarığı;
- Məsuliyyətli, təşəbbüskar, dürüst, dəqiq və etibarlı kimi keyfiyyətlərə malik olmaq.

Bu iş sizə nələri qazandıracaq:

Bankın müvafiq sahəsində  iş proseslərini dərindən öyrənmə imkanları;
- İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  16 mart  2018-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Kreditləşmə istiqaməti üzrə mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267