VAKANSİYA

“Nar Mobile“ işçi axtarır – VAKANSİYA
15 FEVRAL
5221

“Nar Mobile“ işçi axtarır – VAKANSİYA

2018-02-15 22:00:00

Nar Mobile“ İllüstrasiya və Qrafik üzrə Dizayner vəzifəsinə işçi axtarır.

Vakansiya haqqında

Departament: Marketinq
Şöbə: Marketinq Ünsiyyət Vasitələri
İş qrafiki: Standart
İş müddəti: Daimi
İş yeri: Port Baku Cənub Qülləsi
Son müraciət tarixi: 23.02.2018

Sizin əsas vəzifə öhdəlikləriniz

*Kreativ briflərə əsasən biznesin tələblərinə uyğun dizayn konsepti hazırlamaq
*Brendin vizual tətbiq prinsiplərinə görə məsuliyyət daşımaq və qeyd olunan prinsiplərin bütün dizayn və qrafika işlərində tətbiq olunmasını təmin etmək  
*Reklam materiallarını (küçə reklamları, mətbuat, sosial media, çap faylları, web-sayt üçün şəkillər və s.) hazırlamaq, reklam daşıyıcılarına uyğun olaraq ölçüləri dəyişdirmək və tətbiq etmək
*İl ərzində müəyyən olunmuş vaxt çərçivəsində brendin vizual qaydalarına uyğun olaraq layihələri həyata keçirmək

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

*Ali Təhsil 
*Dizayn və reklam sahəsində 3-5 il iş təcrübəsi (reklam agentliyində iş təcrübəsi üstünlük hesab olunur)

Sizdən tələb olunan bacarıq və səriştəliklər

*Komanda işi və əməkdaşlıq
*Son trendlərin izlənilməsi
*Dəqiqlilik
*Kreativlik
*Detallara yönümlülük
*Müştəri yönümlülük 
*Nəticə yönümlülük
*Davamlı təkmilləşmə  
*Stresə davamlılıq
*Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dili biliyi üstünlük hesab olunur)
*Adobe Creative Cloud (Photoshop, Illustrator etc.), CorelDraw proqramlarını bilmək ( Sketch bilikləri üstünlük hesab olunur)
*Dizayn və reklam sahəsində peşəkarlıq

Müraciət etmək üçün

CV-nizi və portfolionuzu [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda ‘
’İllüstrasiya və Qrafik üzrə Dizayner’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259