VAKANSİYA

“Avromed Company” işçi axtarır – VAKANSİYA
12 FEVRAL
2816

“Avromed Company” işçi axtarır – VAKANSİYA

2018-02-12 22:00:00

Avromed Company” QSC  Bakı və Regionlar üzrə “Satış meneceri” vəzifəsinə işçi dəvət edir.

İş barədə məlumat

• Potensial müştərilər haqqında məlumat toplayır, onlarla əməkdaşlıq yollarını müəyyən edir və gələcək strategiyaları işləyib hazırlayır;
• Yeni müştərilər və satış həcminin artırılması yolları tapır və bunları tətbiq edir;
• Məhsul menecerinin hazırladığı aylıq-rüblük promosiya planlarının yerinə yetirilməsini təmin edir; 
• Hər ay koveraj hesabatlarını alır və yoxlayır;
• Bölgəsinə qoyulmuş kvotanın aylıq-illik realizasiyasını təmin edir;
• Tabeliyində olan işçilərin gündəlik, həftəlik, aylıq proqramlarını tənzimləyir, lazım gəldikbdə bu proqramları vəziyyətə müvafiq olaraq dəyişdirir;
• Qrupun üzərinə düşən kvotanı işçiləri arasında əmək potensiallarına əsasən paylaşdırır, bu kvotaların aylıq və illik olaraq yerinə yetirilməsini təmin edir;
• Aylıq fəaliyyətləri haqqında ayın sonunda şöbə rəhbərinə hesabat verir.

Tələb olunan bilik və bacarıqlar:

• Ali Tibbi təhsil
• Marketinq sahəsində ən az 3-4 il iş təcrübəsi
• Xarici dil ( ingilis və rus dili)
• Analitik bacarıqlar
• İşgüzar ünsiyyət etikası
• Kommunikasiya bacarıqları
• İşgüzar yazışma bacarığı
• Planlaşdırma bacarığı
• MS office, 1C
OTC məhsullarının marketinq fəaliyyətində çalışmış namizədlərə üstünlük veriləcək.

Əmək haqqı iş təcrübəsi və peşəkar keyfiyyətlərinə əsasən müəyyən olunacaqdır.

Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına 09.03.2018-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Satış meneceri” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1108
  • ₽ RUB
    0.0301