VAKANSİYA

“Bank Respublika” işçi axtarır – VAKANSİYA
07 FEVRAL
1731

“Bank Respublika” işçi axtarır – VAKANSİYA

2018-02-07 20:30:00

Bank Respublika” ASC Müştərilərlə əlaqələri idarəetmə departamentinə “Xidmətlər üzrə məsləhətçi” vakansiyası üzrə namizədləri işə dəvət edir.

Vəzifə üzrə əsas öhdəliklər aşağıdakı kimidir:

1. Müştərilərin qarşılanması və müvafiq xidmətlərin alınması üçün yönləndirilməsi;
2. Filiala daxil olmuş müştəri sorğuları və suallarının cavablandırılması;
3. Bankın bütün məhsul və xidmətləri barədə əsas biliklərin olması və onlarla bağlı informasiyanın verilməsi;
4. Müştəriləri distant kanallardan istifadəyə yönləndirmək və öyrətmək;
5. Gözləmə zamanı müştərilərlə səmimi ünsiyyət, bukletlərin, aktual məlumatların verilməsi;
6. Müştəri rəylərinin toplanması, mini-sorğuların aparılması.

Namizədə minimal tələblər:

- Ali təhsil (universiteti bitirmiş);
- Ünsiyyət qurmaq qabiliyyəti, gülərüz;
- Azərbaycan və rus dili bilikləri – yüksək.

Müraciət etmək istəyən namizədlər öz CV-lərini vakansiya adını qeyd etməklə müvafiq başlıq (mövzu) ilə [email protected] elektron ünvanına göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259