VAKANSİYA

“PAŞA Həyat” işçi axtarır – VAKANSİYA
30 NOYABR 2017
2954

“PAŞA Həyat” işçi axtarır – VAKANSİYA

2017-11-30 21:00:00

PAŞA Həyat” hüquq departamentinin kargüzarlıq şöbəsi Kiçik mütəxəssis vəzifəsinə işçi axtarır.

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Vəzifə: Kiçik mütəxəssis

Son müraciət tarixi: 02 dekabr 2017-ci il

Vəzifənin öhdəlikləri:

- Cəmiyyətə daxil olan sənədləri qəbul etmək və qeydə almaq;
- Sənədlərin növündən asılı olaraq aidiyyəti üzrə bölüşdürmək;
- İcra xarakterli sənədlərə müəyyən edilmiş icra müddətlərini müəyyən etməklə icraçılara çatdırmaq;
- Cəmiyyətdən xaric olan sənədlərin aidiyyəti qurumlara göndərilməsini təmin etmək;
- Sənədlərin icra müddətinə nəzarət edilməsinə kömək etmək;
- Sənəd dövriyyəsinin təkmilləşdirilməsində iştirak etmək;
- Sənədlərin surətini çıxarmaq, çoxaltmaq;
- Elektron və yazılı şəkildə sənədlərin reyestrini aparmaq;
- Sənədlərin saxlanılmasını və arxivləşdirilməsini təmin etmək.

Namizədə olan tələblər:

- İş təcrübəsi: Tələb edilmir
- Təhsili/ixtisası: İstənilən ixtisas üzrə ali təhsil tələb edilir.
- Dil bilikləri: Azərbaycan dilini yüksək səviyyədə bilməlidir. Xarici dil biliyi üstünlükdür.
- Kompüter bilikləri: MS Office
- Fərdi keyfiyyət tələbləri: Məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə, yazı qabiliyyəti, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (Özünütəkmilləşdirmə), məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.

İmtiyazlar
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Vakansiya üçün müraciət qaydası cv-lər “Kargüzarlıq- Banker.az” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276