VAKANSİYA

"Kontakt Home" işçi axtarır – VAKANSİYA
23 OKTYABR
2244

"Kontakt Home" işçi axtarır – VAKANSİYA

2017-10-23 21:30:00

"Kontakt Homemağaza direktoru vəzifəsinə işçi axtarır.

Zəruri tələblər:

• 3 ildən artıq elektronika və məişət texnikası mağazasına rəhbərlik, və ya 3 ildən artıq istehlak kreditləri sahəsində təcrübə 
• Təcrübəli kompyuter, 1C və Excel istifadəçisi
• Azərbaycan dilini mükəmməl bilməsi zəruridir, rus və ingilis dili bilikləri arzu olunandır

Şəxsi keyfiyyətlər:

• Liderlik xüsusiyyətləri
• Yaranmış problemləri həll etmə bacarığı
• Nəticə yönümlülük
• Qəbul edilmiş qərarlara cavabdehlik daşımaq bacarığı
• Komandada işləmək bacarığı

Vəzifələr:

• Satış personalının və kredit bölməsinin idarəedilməsi
• Mağaza standartlarının və reqlamentlərinin qorunmasına nəzarət;
• Mal qalıqlarına nəzarət və uçotun aparılması
• Assortimentin və satışın analizi
• Daxili inventarizasiyanın aparılması
• Alıcılarla iş

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: 6 iş günü, 1 gün istirahət
- Əmək haqqı- razılaşma yolu ilə

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Mağaza direktoru” yazaraq CV formasını [email protected] ünvanına göndərməklə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291