VAKANSİYA

“Bakcell” işçi axtarır – VAKANSİYA
16 OKTYABR
2673

“Bakcell” işçi axtarır – VAKANSİYA

2017-10-16 22:00:00

Departament / Şöbə Satış departamenti / B2B Satışı və Məhsul Marketinqi şöbəsi

Vəzifənin adı: Korporativ satış administratoru

Kateqoriya Ştat

İşin növü Tam iş günü

Öhdəliklər

Şirkətin korporativ seqmentdə üstün mövqeyini təmin etmək üçün bazar payının artırılmasını təmin etmək
- Şirkətlərə satılan nömrələri və xidmətləri aktiv saxlamaq
- Şirkətin təqdim etdiyi bütün məhsulları və xidmətləri korporativ müştərilərə çatdırmaq və onların istifadəsini təmin etmək
Mövcud B2B müştəriləri ilə münasibətlər qurmaq və bu münasibətləri inkişaf etdirmək
- Yeni biznes imkanlarının yaradılması məqsədi ilə potensial müştərilərlə əlaqə saxlamaq
- Müqavilə şərtləri üzrə danışıqlar aparmaq və satış üzrə sövdələşmələr aparmaq
- Bazar, rəqiblər və müştərilər haqqında məlumat toplamaq
- Müştərilərin biznes fəaliyyətini və tələblərini aydın şəkildə başa düşmək
- Şirkəti ticarət sərgilərində, tədbirlərdə və nümayişlərdə təmsil etmək
- Mayadəyəri hesablamalarını dəqiq və cəld şəkildə apararaq, müştərilərə qiymət təklifləri etmək
- Rəsmi qiymət təklifi prosesinin bir hissəsi olaraq, potensial müştərilər üçün ətraflı təklif sənədlərini hazırlamaq

Təhsil: Bakalavr dərəcəsi

Dil bilgiləri

Azərbaycan və rus dillərini əla səviyyədə bilmək
- Rus dilini orta səviyyədə bilmək

Kompüter bacarıqları: Microsoft Office proqramları

İş təcrübəsi və bacarıqlar

- Satış sahəsində 2 il iş təcrübəsi və 1 il sürücülük təcrübəsi
- Mükəmməl danışıqlar aparma və təqdimat bacarıqları
- Mükəmməl yazılı və şifahi ünsiyyət qabiliyyəti
- Müstəqil şəkildə və komandada işləmək qabiliyyəti

Necə müraciət etmək olar

Zəhmət olmasa Müraciət Formanızı jobs@bakcell.com ünvanına göndərin və məktubun “Mövzu” bölməsində “022_Korporativ satış administratoru” kodunu qeyd edin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287