VAKANSİYA

“Rəvan Sığorta” işçi axtarır – VAKANSİYA
12 AVQUST
1841

“Rəvan Sığorta” işçi axtarır – VAKANSİYA

2017-08-12 21:00:00

Rəvan Sığorta  hüquqşünas vəzifəsinə işçi qəbulu elan edir. Fins.az-ın məlumatına görə, ali hüquq təhsilli  və 1 ildən az olmayaraq iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. 

Vəzifə öhdəlikləri:

1. Şirkətin hüquqi və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsinin təmin etmək 
2. Məhkəmədə irəli sürülən iddialarla bağlı çıxarılan qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlər görmək.
3. Cəmiyyətə daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
4. Şirkətin fəaliyyəti dövründə Subroqasiya hüququ yaradan bütün məsələləri araşdırmaq və həlli işini təşkil etmək;
5. Qanuni qüvvəsini almış məhkəmə aktlarının qanunvericilikdə nəzərdə   tutulmuş müddətdə və tam icrası ilə əlaqədar zəruri işlər görmək 
6.  Sığorta hadisəsi ilə əlaqədar zəruri olan məktubların tərtib etmək;
7. Qüvvədə olan qanunvericiliyin tətbiqi sahəsində yaranan mübahisəli məsələlərin araşdırılması məqsədilə aidiyyatı dövlət orqanlarına sorğu vermək
8. Şirkətlə tərəf-müqabilləri arasında bağlanan müqavilələrin layihələrini hazırlamaq, təqdim edilən müqavilə layihələrini təhlil etmək və rəy vermək;

Namizədə dair tələblər:

1. Ali hüquq təhsilli  və1 ildən az olmayaraq tələb olunan vakansiya üzrə iş təcrübəsi.
2.  Kompüter  biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook)  Səviyyə: Əla
3. Digər tələblər: İdarəçilik qabiliyyətlərinə malik olmalı, mövcud qanunvericiliyi bilməlidir.

Email: [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+27°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0081
  • ₽ RUB
    0.0288