VAKANSİYA

Sumqayıt Texnologiyalar Parkı işçi axtarır -VAKANSİYA
18 İYUN
4575

Sumqayıt Texnologiyalar Parkı işçi axtarır -VAKANSİYA

2017-06-18 21:00:00

Sumqayıt Texnologiyalar Parkı Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi üzrə mütəxəssis mühəndis menecer vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, SƏTƏM və ya bu əmək təhlükəsizliyi üzrə ən azı 2 il iş təcrübəsinin olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. Son müraciət tarixi iyulun 12-dir. 

- İngilis dilində danışmaq qabiliyyəti olmalı

Vəzifə öhdəlikləri:

- Müəssisədə əməyin mühafizəsi və texniki təhlükəsizlik işinin təşkili, əlaqələndirilməsi və planlaşdırılması, əməyin mühafizəsinin vəziyyətinə, uçotuna, təhlilinə nəzarətin təşkili üzrə tədbirlər planı hazırlayır;

- Müəssisənin və işçilərin əmək şəraitinin və əməyin mühafizəsinin daha da yaxşılaşdırılması üzrə illik tədbirlər planı hazırlayır və təsdiq olunması üçün rəhbərliyə təqdim edir;

- Nəzarət orqanlarının əməyin mühafizəsi üzrə göstərişlərinin yerinə yetirilməsi, yoxlamalar nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə tədbirlər planı hazırlayır və baxılması üçün rəhbərliyə təqdim edir;

-İstehsalat xəsarətlərinin profilaktikasını və əmək şəraitinin yaxşılaşdırmasını təşkil edir;

- Müəssisənin istehsalat xəsarətlərini təhlil edir və istehsalat xəsarətlərinin qarşısının alınması üçün tədbirlər görür; 

- İşçilərin təhlükəsizliyinin təmin edilməsi üzrə qabaqcıl təcrübəni öyrənir və bu təcrübənin müəssisədə tətbiq olunmasını təşkil edir;

- Əməyin mühafizəsinin öyrədilməsini və təbliğini təşkil edir, əməyin mühafizəsi üzrə məşğələlərin keçirilməsi, işçilərin əmək mühafizəsi üzrə biliklərinin yoxlanmasını təşkil edir və bu işin cədvəlini hazırlayır;

Tələblər

- SƏTƏM və ya bu əmək təhlükəsizliyi  üzrə ən azı 2 il iş təcrübəsinin olması
- İngilis dilində danışmaq qabiliyyəti olmalı

E-mail: [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287