TENDER

09 May

Kitab çapı üçün kağız və digər materialların satınalınması - TENDER

Azərbaycan Dövlət Tərcümə Mərkəzi kitab çapı üçün kağız və digər materialların satınalınması üzrə tender elan edir.

Fins.az xəbər verir ki, iştirak haqqı 63.44 manatdır və təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

İstifadə haqqı 25 manatdır və təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.

Satınalan təşkilatın VÖEN-i: 1701661661
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi 74.
Ehtimal olunan qiymət: 31.700,00 AZN

Ətraflı məlumat üçün keçiddən istifadə edin.

Fuad Mədətov
Fins.az