VAKANSİYA

Maliyyə Bazarlarına Nəzarət Palatası işçi axtarır – VAKANSİYA
12 NOYABR
3454

Maliyyə Bazarlarına Nəzarət Palatası işçi axtarır – VAKANSİYA

2016-11-12 20:00:00
Maliyyə Bazarlarına Nəzarət Palatası bank fəaliyyətinə nəzarət departamentinin daxili nəzarət idarəsinin rəisi vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali təhsilli (maliyyə/iqtisadi), analoji sahə üzrə ən azı  5 illik iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi dekabr ayının 10-dur.
Namizədə dair tələblər:
Ali təhsil (maliyyə/iqtisadi).
- Analoji sahə üzrə ən azı  5 illik iş təcrübəsi.
- Maliyyə qanunvericiliyi üzrə biliklər;
- Tədqiqat aparma, təhlil etmə, analitik hesabat tərtib etmə və idarəetmə bacarığı;
- Layihələrlə iş bacarığı və təcrübəsi;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Fikirlərini yazılı şəkildə aydın və dolğun çatdırma bacarığı;
- Səlis Azərbaycan, yüksək səviyyədə ingilis dili bacarığı;
- MS Office proqramları.
İşin təsviri:
- Kredit təşkilatlarında yoxlamaların həyata keçirilməsi işini təşkil edir;
- Keçirilmiş yoxlamaların nəticələrinə dair hesabatlar hazırlayır;
- Kredit təşkilatlarına göstəriş və tapşırıqların verilməsi, qanunvericiliyə uyğun tədbirlərin, sanksiyaların tətbiq edilməsinə dair təkliflər hazırlayır;
- Nəzarət prosesi çərçivəsində bankların nümayəndələri ilə əlaqə saxlayır və ya görüşlər həyata keçirir;
- Nəzarət strategiyasının müəyyən edilməsində iştirak edir;
 
Qeyd: Zəhmət olmasa, e-mailin “Subject” qismində müraciət edilən vakansiyanın adını qeyd edin.
Əlaqə vasitələri:
E – mail :  hr@fmsa.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272