VAKANSİYA

“Azersun Holding” işçi axtarır – VAKANSİYA
27 AVQUST
5347

“Azersun Holding” işçi axtarır – VAKANSİYA

2016-08-27 22:00:00

“Azersun Holding” dezinfektor (Fuminqasiya Mütəxəssisi)vəzifəsinə işçi axtarır.Fins.az-ın məlumatına görə, kənd təsərrüfatı, biologiya və ya zoologiya sahəsində ali təhsilli, həşaratlar, gəmiricilər, uçan həşaratlar, məhsulların içərisində görülə biləcək həşaratlar və digər canlılarla mübarizə sahəsində təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi sentyabr ayının 21-dir.   

Tələb olunan texniki bilik və bacarıqlar:
 
- Kənd təsərrüfatı, biologiya və ya zoologiya sahəsində ali təhsil; 
- Həşaratlar (tarakan, qarışqa, çəyirtkə və s.), gəmiricilər (siçan, siçovul), uçan həşaratlar (arı, milçək, ağcaqanad), məhsulların içərisində görülə biləcək həşaratlar və digər canlılarla (ilan, əqrəb, quş, it, pişik və s.) mübarizə sahəsində təcrübə; 
- Həşaratlarla və gəmiricilərlə mübarizə mövzusunda beynəlxalq standartları, risk analizlərini yaxşı səviyyədə bilməli; 
- B kateqoriyalı sürücülük vəsiqəsi; 
- Ölkə xarici və daxilində ezamiyyətlərə gedə bilməli. 
 
İş haqqında məlumat:
 
- Həşaratlarla mübarizə işinin təşkili və idarə edilməsi; 
- Müəssisələrin həşaratlarla mübarizə çərçivəsində tədqiq edilməsi; 
- Daxili və ümumi təyinatlı dərmanlama işlərinin həyata keçirilməsi, 
- Əməyin təhlükəsizliyi və işçinin sağlamlığı ilə əlaqədar sanitariya, ekoloji və yanğından mühafizə qaydalarına riayət olunmasına cavabdehdir; 
- Müəssisə daxilindəki avadanlıqlara nəzarət edilməsi; 
- Problemlərin aşkarlanması, mənbələrin dəyərləndirilməsi və qabaqlayıcı fəaliyyətlərin həyata keçirilməsi.

Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini mözvu yerinə “PEST Control (Fumiqasiya) Mütəxəssisi ” yazaraq  cv@azersun.com ünvanına göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272