VAKANSİYA

“DəmirBank” işçi axtarır – VAKANSİYA
13 AVQUST
1787

“DəmirBank” işçi axtarır – VAKANSİYA

2016-08-13 21:00:00

“DəmirBank” problemli aktivlərin idarə olunmasi və hüquqi tənzimlənməsi departamentinin icra orqanlari ilə iş şöbəsinə rayon filialları üzrə (Quba, Qusar, Zaqatala, Şəki, Masallı, Qazax, Bərdə, Beyləqan, İmişli, Ağsu) “hüquqşünas” vəzifəsinə işəqəbul elan edir. İşlə bağlı son müraciət tarixi sentyabr ayının 18-dir.

Vəzifə öhdəlikləri:

• İcra sənədləri əsasında bankın xeyrinə ödənilməli olan pul vəsaitlərinin geri qaytarılması istiqamətində icra məmurlarının qanunvericiliklə nəzərdə tutulmuş və icra etməli olduqları məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb edir;
• İcra məmurlarının qanuni göstərişlərini yerinə yetirməkdən boyun qaçıran borclular özlərinin və ya əmlaklarının axtarışında (kredit dosyesindəki məlulmatlardan istifadə etməklə) və lazımi tədbirlərin görülməsində bilavasitə iştirak edir;
• Əmlak üzərinə həbsin qoyulması, qiymətləndirici dəvət olunması, hərraca göndərilməsi proseslərinin ləngimədən həyata keçirilməsinə nəzarət edir;
• Zəruri hallarda icra məmuru ilə borclunun ünvanına və ya iş  yerinə gedir;
• Filial rəhbərləri və filialın kreditlər üzrə işləyən əməkdaşları ilə əlaqə  saxlayır, lazım gəldikdə müvafiq sənədlərin, məlumatların təqdim edilməsini tələb edir; 
• İpoteka, girov və ya üzərinə həbs qoyulmuş, daşınar əmlakların bankın saxlancına yerləşdirilməsi məqsədilə qəbul edir və ünvanına çatdırır.

Namizədə dair tələblər:

• Ali hüquqi təhsil;
• Müvafiq sahədə iş təcrübəsi 1 ildən artıq olmalı;
• İcra haqqında qanunu bilməli;
• Stres altında işləməyi bacarmalı;
• Analitik təhlil qabiliyyətinə malik olmalı;
• Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 avqust 2016-cı il tarixinədək hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.

Müraciət edilən vəzifənin adını email-in mövzu hissəsində “İcra orqanları ilə iş şöbəsinə hüquqşünas – (müvafiq rayonun adın qeyd edin)” şəklində göstərilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272