TENDER

“Azərpoçt”da əsaslı təmir işləri aparılacaq
06 NOYABR
131

“Azərpoçt”da əsaslı təmir işləri aparılacaq

2018-11-06 11:30:00

 Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC üzrə əsaslı təmir işlərinin aparılmasına dair açıq tender elan edir.

Fins.az xəbər verir kitender Poçt Daşıma Mərkəzinin inzibati binasının sanitar qovşaqlarının və zirzəminin, eləcə də “Azərpoçt” MMC-nin inzibati binasının əsaslı təmiri məqsədilə elan edilib.

 Eləcə də bax:Dövlət Gömrük Komitəsi işçiləri üçün geyim alır

Tenderdə iştirak haqqı hər lot üzrə 200 manatdır.

İddiaçılar müvafiq sənədləri saat 07 dekabr 2018-ci il saat 17:00-a qədər, tender təklifi və zəmanətini 18 dekabr 2018-ci il saat 17:00-a qədər Üzeyir Hacıbəyli küçəsi, 72 ünvanına təqdim etməlidir.

Təklif zərfləri dekabrın 19-da saat 11:00-da sözügedən ünvanda açılacaq.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.  

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251