TENDER

Nazirlik dərman preparatları alır – TENDER
26 OKTYABR
131

Nazirlik dərman preparatları alır – TENDER

2018-10-26 11:43:00
Daxili İşlər Nazirliyinin Tibb İdarəsi açıq tender elan edir

Tender 2 lot üzrə keçirilir.

Lot-1. Dərman preparatlarının, sarğı ləvazimatlarının, şəkərli diabet üçün dərman və tibbi təyinatlı vasitələrin ­satınalınması (46 adda).

Lot-2. Reaktivlərin satınalınması 

(11 adda).
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara, müvafiq sahədə iş təcrübəsinə malik olmalıdırlar. Bu tender üçün satınalma müqaviləsi bağlandıqdan sonra 2018-ci il dekabrın 31-dək DİN-in Tibb İdarəsinə və ona tabe olan müalicə- profilaktika müəssisələrinə malların göndərilməsi, xidmətlərin yerinə yetirilməsi başa çatdırılmalıdır. 
Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 150 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Azadlıq prospekti 161 nömrəli (əlaqələndirici şəxs:İskəndərov Nadir Asif oğlu, telefon: 590-20-60) ünvandan ala bilərlər.
DİN-in Tibb İdarəsi
H/h: AZ88CTRE 00000000000002078508
VÖEN: 1700341621
Bank: AR Dövlət Xəzinədarlıq ­Agentliyi 
Kod: 210005
VÖEN: 1401555071
M/h: AZ41NABZ 01360100000000003944
S.W.İ.F.T: CTREAZ22
Maddə 142340
Fond 7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
-digər sənədlər.
 Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). 
Tender proseduru ,,Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 15 noyabr 2018-ci il saat 13.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 23 noyabr 2018-ci il saat 13.00-a qədər Bakı şəhəri, Azadlıq prospekti 161 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 26 noyabr 2018- ci il saat 10.00-da Bakı şəhəri, Azadlıq prospekti 161 nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259