TENDER

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu - TENDER
09 AVQUST
247

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu - TENDER

2018-08-09 11:46:00

AMEA A.A.BAKıXANOV ADıNA TARIX İNSTITUTU (İKINCI ELAN) AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 1 lot üzrə keçirilir::

lot 1 - Elmi əsərlərin optimal müddətə və sərfəli qiymətə nəşri və çapı işləri

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, H.Cavid pr. 125 (Əlaqələndirici şəxs :Tofiq Hümbət oğlu Nəcəfli, telefon :(012) 539-36-15) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 250 manat 

Hesab: AZ93CTRE00000000000004138407
VÖEN 1401555071
Bank: Azərbaycan Beynəlxalq Bankı Yasamal filialı 
Kodu: 210005
VÖEN: 1300532601
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: CTREAZ 22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusunizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: Məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması; Müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-08-29 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-09-07 18:00qədər Bakı, H.Cavid pr. 125 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2018-09-10 15:00 tarixində Bakı şəhəri, H.Cavid pr. , 125 Azərbaycan Milli Elmlər Akademiyası, A.A. Bakıxanov adına Tarix İnstitutu, 6-cı mərtəbə 604-cü otaq ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256