TENDER

AzInTelecom tender elan edir
10 NOYABR
148

AzInTelecom tender elan edir

2017-11-10 11:11:00

AZINTELECOM MMC (İKINCI ELAN) AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 1 lot üzrə keçirilir::

lot 1 - 2017-2019-cu ilər üçün maliyyə hesabatlarının auditinin keçirilməsi xidmətləri

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Əli bəy Hüseynzadə küçəsi 74 (Əlaqələndirici şəxs :Kamil Bektaşi, Vüqar Yəhyazadə, Tender komissiyası, telefon :(012) 200-00-74/72) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 500 manat 

Hesab: 012 200 00 74/72
VÖEN 9900048721
Bank: 9900048721 
Kodu: 691011
VÖEN: 9900037711
M/H: 9900037711
S.W.İ.F.T: 9900037711

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusunizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini (vəzifəyə təyin edilməsi barədə əmr və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə) təsdiq edən sənəd; • İddiaçının anoloji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər; • İddiaçı barədə tövsiyyə məktubları; • İddiaçının müştəri bazası haqqında sənəd; • İddiaçının mərkəzi banklarda, kredit və iri dövlət təşkilatlarında, bundan əlavə beynəlxalq və xarici şirkətlərdə auditin aparılması üzrə iş təcrübəsini təsdiq edən sənədlər; • İddiaçının müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, əmlakının girov qoyulması və digər formada öhdəliklərə yüklənməməsi, axırıncı bir ildə məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması və məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış, eləcə də bu Əsas Şərlər Toplusunun V bəndinin tələbindən irəli gələn digər sənədlər; qeyd:Azərbaycanda rabitə və informasiya texnologiyaları müəssisələrinin auditinin aparılması təcrübəsi və Brand finance Global 500 siyahısına daxil olan şirkətləridə audit təcrübəsi olan və böyük dördlüyə daxil olan audit şirkətlərinə üstünük veriləcəkdir)

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2017-11-30 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2017-12-08 17:00qədər Bakı şəhəri, Əli bəy Hüseynzadə küçəsi 74 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2017-12-11 15:00 tarixində Bakı şəhəri Əlibəy Hüseynzadə küçəsi 74 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291