TENDER

Gürcüstan qaz anbarının tikintisi ilə bağlı tender elan edib
17 İYUL
257

Gürcüstan qaz anbarının tikintisi ilə bağlı tender elan edib

2017-07-17 09:43:00

Gürcüstanın Neft Qaz Koprporasiyası (GNQK) iyulun 15-də ölkədə ilk yeraltı qaz anbarının tikintisi (“Layihələndirmə, avadanlığın alınması, quraşdırma və istismara verilməsi”) ilə əlaqədar açıq beynəlxalq tender elan edib.

Məlumatda bildirilir ki, yeni qaz anbarının Tbilisi yaxınlığındakı Samqori adlanan ərazidə tikiləcək. Tikinti işlərinə 2018-ci ilin birinci yarısında başlanılması planlaşdırlır. İlkin mərhələdə iki yeraltı kəşfiyyat quyusu qazılacaq və geoloji göstəricilər öyrəniləcək. Anbarın tikintisinin 2021-ci ildə başa çatdırılması və onun Azərbaycandan alınacaq təbii qazın hesabına doldurulması nəzərdə tutulur.

Məlumatda, həmçinin deyilir ki, Fransanın Geostock S.A.S. kompaniyası yeraltı qaz anbarının iqtisadi-texniki əsaslandırılması layihəsini 2016-cı ilin aprelində başa çatdırıb. Həmin layihədə Samqoridə 210-280 milyon kubmetr həcmində qaz anbarının tikintisinin mümkünlüyü təsdiqlənib. Bu, Gürcüstanın təbii qaza olan illik tələbatının 15 faizi deməkdir.

“SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov bildirib ki, Azərbaycan da bu tenderdə iştirak edəcək. Lakin görüləcək işlər barədə yalnız tenderin nəticələri elan olunduqda sonra danışmaq olar.

“Bu günədək keçirilən bütün mərhələlərdə Azərbaycan tərəfi müşahidəçi olub və prosesləri yaxından izləyir”, – deyə M.Məmmədov əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294