TENDER

Respublika Hospitalı tender elan edir
21 İYUN
106

Respublika Hospitalı tender elan edir

2016-06-21 17:38:00
DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalı dərman, sarğı ləvazimatlarının və materialların satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR:

Tender 1 lot üzrə keçirilir.

Lot-1. Dərman, sarğı ləvazimatlarının və materialların satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lotlar üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas  şərtlər toplusunu (Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 36, əlaqələndirici şəxs - Elşad Mirməmmədov, telefon 012- 562-62-03) DİN Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalının nümayəndəliyindən ala bilərlər.

Lot-1. 1000 manat.

Adı:  DİN Respublika Hospitalı

VÖEN:  1500395041

ADI:  Dövlət Xəzinədarlıq Agentliyi

KOD:  210005

VÖEN:  1401555071

M/h: AZ 41 NABZ 01360100000000003944

S.W.İ.F.T. BİK. CTREAZ22

İBAN:  AZ 95CTRE00000000000002077703

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 15 iyul 2016-cı il  saat 16.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 22 iyul 2016-cı il  saat 16.00-a  qədər Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 36 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri  25 iyul 2016-cı il  saat  16.00-da Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 36 nömrəli ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275