TENDER

Mərkəzi Muğan Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi tender elan edir
13 İYUN
42

Mərkəzi Muğan Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi tender elan edir

2016-06-13 08:20:00

Mərkəzi Muğan Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi tender elan edir:

Tender 1 lot üzrə keçirilir::

lot 1 - Cari və əsaslı təmir işləri üçün tikinti materiallarının satın alınması 

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu İmişli Rayon Aranlı kəndi Mərkəzi Muğan QOSTSİİ (Əlaqələndirici şəxs :Ağaşov Eminağa, telefon :02124-41168) ünvanından ala bilərlər . 

İştirak haqqı

lot 1 - 60 manat 

Hesab: AZ49AIIB32051019446700201167
VÖEN 5500116521
Bank: Kapital Bank İmişli filialı 
Kodu: 200673
VÖEN: 9900003611
M/H: AZ37NABZ01350100000000001944
S.W.İ.F.T: S.W.İ.T.BİK: AİİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: 

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2016-07-11 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2016-08-18 17:00qədər İmişli Rayon Aranlı kəndi Mərkəzi Muğan QOSTSİİ ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2016-07-19 11:30 tarixində İmişli Rayon Aranlı kəndi Mərkəzi Muğan QOSTSİİ ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270