TENDER

AzTV tender elan edir
24 MAY
134

AzTV tender elan edir

2016-05-24 11:13:00
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC AÇIQ TENDER ELAN EDİR:

Tender  8  lot üzrə keçirilir:

Lot-1.  Nəqliyyat vasitələrinin ehtiyat hissələrinin   satınalınması.

Lot-2.  Elektrik  mallarının satınalınması.

Lot-3.  Dəftərxana ləvazimatlarının satınalınması.

Lot-4. Kompüter avadanlıqlarının ehtiyat hissələri və onun aksesuarlarının satınalınması.

Lot-5. Printer və surətçıxarma avadanlıqlarının katriclərinin doldurulması işlərinin satınalınması.

Lot-6. Elektrik avadanlıqlarının və daşıyıcılarının sınaq-təftiş işlərinin  satınalınması.

Lot-7.  Qazanxana  sistemlərinin servis xidmətlərinin satınalınması.

Lot-8. Təsərrüfat mallarının və tikinti materiallarının satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.Tenderdə iştirak etmək istəyənlər lot üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu   Bakı şəhəri, M. Hüseyn küçəsi, 1 nömrəli (İlham Mirzəliyev, telefon- 537-02-00) ünvandan  ala bilərlər.

İştirak haqqı - hər bir lot üçün

100 manatdır

Bank rekvizitləri:

Hesab: AZ 31 İBAZ 36010059449328518204

VÖEN: 9900062371

Bank Beynəlxalq Bankın Mərkəzi Filialı

Kod: 805722

VÖEN: 9900001881

M/H: AZ 03 NABZ 01350100000000002944

S.W.İ.F.T

İBAZAZ2X

MN DXA

1 saylı xəzinə idarəsi 1700986181

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi , qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- digər sənədlər

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır).

Tender proseduru  “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 10 iyun 2016-cı il  saat 11.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 6 iyul 2016-cı il saat  11.00-a qədər Bakı şəhəri, M.Hüseyn küçəsi, 1 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 7 iyul 2016-cı il  saat 12.00-da  Bakı şəhəri, M.Hüseyn küçəsi, 1 nömrəli ünvanda açılacaqdır.

Email: webmaster@aztv.az

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272