TENDER

Təhsil Nazirliyi tender elan edir
10 MAY
139

Təhsil Nazirliyi tender elan edir

2016-05-10 16:30:00

AZəRBAYCAN RESPUBLIKASı TəHSIL NAZIRLIYI NəZDINDə TəHSIL SISTEMININ İNFORMASIYALAşDıRıLMASı İDARəSI AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 1 lot üzrə keçirilir::

lot 1 - Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində, Bakı Şəhəri üzrə Təhsil İdarəsində, Təhsil Problemləri İnstitutunda qurulan şəbəkə avadanlıqlarına 6 ay (iyul-dekabr 2016-cı il), Gəncə Şəhər Təhsil İdarəsində, Sumqayıt Şəhər Təhsil Şöbəsində, İsmayıllı Rayon Təhsil Şöbəsində, Şirvan Şəhər Təhsil Şöbəsində qurulan şəbəkə avadanlıqlarına və kompyuterlərə 6 ay (iyul-dekabr 2016-cı il), Bakı Kompüter Kollecində və pilot təhsil müəssisələrində qurulan şəbəkə avadanlıqlarına və kompyuterlərə 4 ay ərzində (sentyabr-dekabr 2016-cı il) texniki dəstək xidmətlərinin göstərilməsi işləri

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Azadlıq prospekti, 909- cu məhəllə(Əlaqələndirici şəxs :Vilayət Abdulxalıqlı, telefon :(+99412) 565-02-37 (daxili nömrə: 2022, faks: (+99412) 565-02-38) ) ünvanından ala bilərlər . 

İştirak haqqı

lot 1 - 1200.00 manat 

Hesab: Büdcə səviyyəsinin koduy: 7 Büdcə təsnifatının kodu:142340.H/h.AZ73CTRE00000000000002168503
VÖEN 1501267101
Bank: Dövlət Xəzinədarlığı Agentliyi 
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: BIK CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: 10-Məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə arayış; 11-İşin icrası ilə bağlı subpodratçı qismində başqa firmalardan istifadə olunub- olunmayacağı barədə məlumat (əgər istifadə olunacaqsa həmin firma ilə iddiaçı arasında bu barədə tərtib olunmuş razılaşma sənədinə “Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi” tərəfindən verilmiş razılıq məktubunun surəti də əlavə olunmalıdır); 12-İddiaçının ixtisas uyğunluğu barədə sənədlər: 12.1-texniki imkanlara uyğun olması ; 12.2-işçilərin kifayət qədər olması (ştat cədvəli); 12.3-işçilərin peşəkarlığının, təcrübəsinin uyğunluğu (certificate); 13-2015-ci ilin rüblər üzrə DSMF-nun hesabatının surəti; 14-2015-ci ilin illik işçilərin gəlir vergisi hesabatın surəti; 15-İddiaçının son 2 (iki) ildə iştirak etdiyi tender üzrə icra olunan məbləğ; 

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2016-06-10 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2016-06-22 18:00qədər Bakı şəhəri, Azadlıq prospekti, 909- cu məhəllə ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2016-06-23 12:00 tarixində sonra Bakı şəhəri, Azadlıq prospekti, 909- cu məhəllə (Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin konfrans zalında) ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275