TENDER

Elmin İnkişafı Fondu kotirovka sorğusu elan edir
26 APREL
105

Elmin İnkişafı Fondu kotirovka sorğusu elan edir

2016-04-26 13:49:00
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu qalib qrant layihəsi üzrə elmi cihaz və avadanlıqların satınalınması məqsədilə KOTİROVKA SORĞUSU ELAN EDİR:

Kotirovka sorğusunda iştirak edənlərə təklif olunur ki, öz kotirovka təkliflərini yazılı şəkildə, imzalanmış və möhürlənmiş bağlı zərflərdə Elmin İnkişafı Fondunun tender komissiyasına təqdim etsinlər.

Kotirovka sorğusunda iştirak etmək istəyənlər sənədlər toplusu ilə Elmin İnkişafı Fondunda (Bakı şəhəri, Y.Səfərov küçəsi, 27, mərtəbə 9) tanış ola bilərlər.

İddiaçılar kotirovka təkliflərini 2016-cı il  mayın 3-nə qədər təqdim etməlidirlər.

İddiaçıların təklifləri   4 may 2016-cı il saat 11.00-da açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

Ünvan: AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi, 27, mərtəbə 9.

Əlaqə telefonu: (012) 489 08 94

Faks: (012) 489 08 92

e-mail: info@elmfondu.az

http://www.sdf.gov.az

Tender komissiyası

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275