TENDER

Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tender elan edir
12 APREL
90

Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tender elan edir

2016-04-12 12:19:00
Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi dəftərxana və təsərrüfat mallarının satınalınması məqsədilə açıq tender elan edir:

Tender 1 lot üzrə keçirilir.

Lot -1. Dəftərxana və təsərrüfat mallarının satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, yuxarıda qeyd edilən işlərin yerinə yetirilməsi üçün öz təkliflərini   möhürləmiş, imzalanmış ikiqat  zərflərdə  yazılı surətdə aşağıda göstərilən ünvana  təqdim etsinlər.

Tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq üçün iştirakçılar  lot üçün 100 manat məbləğində iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra tender sənədlərini Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən (Bakı şəhəri, M.Mirqasımov küçəsi, 1a, tel 493-76-47, əlaqələndirici şəxs-Məmmədova Rəhilə) ala  bilərlər.

Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi

VÖEN: 1401798401

DXA

Kod: 210005

H/h: AZ 97 CTRE 00000000000002128204

Müxbir hesab: AZ 41 NABZ 01360100000000003944

S.W.İ.F.T. BİK CTRE AZ 22

VÖEN: 1401555071

Fond 7,   maddə 142319

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmalıdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 17 may 2016-cı il  saat 16.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 24 may 2016-cı il  saat 16.00-a  qədər Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinə, Bakı şəhəri, M.Mirqasımov küçəsi, 1a nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklif zərfləri  25 may 2016-cı il  saat  16.00-da açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272