TƏHSİL

250 icma əsaslı məktəbəqədər təlim qrupları fəaliyyətə başlayır
02 OKTYABR
75

250 icma əsaslı məktəbəqədər təlim qrupları fəaliyyətə başlayır

2019-10-02 12:30:00

Elə kəndlərimiz var ki, orada, ümumiyyətlə, məktəbəqədər təhsil müəssisələri yoxdur. Elələri də var ki, orada say kifayət qədər deyil. 

Fins.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib. 

Onun sözlərinə görə, bu baxımdan, ümumtəhsil müəssisələrinin bazasında 3-5 yaşlı uşaqlar üçün məktəbəqədər təhsil mərkəzlərinin yaradılması uşaqların gələcəkdə təlim nailiyyətlərinə müsbət təsir etməklə yanaşı, ümumilikdə ölkədə təhsilin keyfiyyətinə çox müsbət təsir edəcək:

“Məktəbəqədər təhsil ümumi təhsil pilləsinin və təhsilin formalaşmasında çox əhəmiyyətli rol oynadığı üçün Təhsil Nazirliyi məktəbəqədər təhsil şəbəkəsinin genişləndirilməsində çox maraqlıdır.

Çünki Nazirliyinin iştirak etdiyi beynəlxalq qiymətləndirmənin nəticələrinə görə, ölkədə təhsilin məktəbəqədər təhsil pilləsi üzrə əhatəliliyi cəmi 15 faizi əhatə edib. Bunu təhlil edərkən ölkə üzrə 3-5 yaşlı uşaqların məktəbəqədər təhsilini təmin edən müəssisələrin ölkə üzrə bərabər paylanmadığı görülür.

Bu aydan ölkədə 250 icma əsaslı məktəbəqədər təlim qrupları fəaliyyətə başlayır. Gələn il daha 250 qrup fəaliyyət göstərəcək. Bu da ümumilikdə 3-5 yaşlı ölkə əhalisinin, 10 minə yaxın uşağın məktəbəqədər təhsilə cəlb olunması deməkdir”, - deyə M.Vəliyeva qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır