TƏHSİL

“Nəsimi İli” ilə əlaqədar breyn-rinq bilik yarışı
09 APREL
286

“Nəsimi İli” ilə əlaqədar breyn-rinq bilik yarışı

2019-04-09 11:16:00

Məktəblilərarası “Gənc istedadlar” breyn-rinq bilik yarışının növbəti mərhələsi keçirilib.

Yarışda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərin “Zirvə”, “Əlaçılar”,  “Zəfər”, “Bilik”, “İntellekt”, “Lider”  komandaları iştirak edib.

Bilik yarışının IV mərhələsi “Nəsimi İli” ilə əlaqədar olaraq böyük Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunub. Bu mərhələdə komandalar Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin həyat və yaradıcılığınaaid sualları cavablandıraraq biliklərini sınaqdan keçiriblər.

Mərhələnin sonunda 21 nömrəli tam orta məktəbin “Zirvə” komandası 15 xal toplayaraq digər komandalardan üstün olub.

Qeyd edək ki, bilik yarışının təşkil olunmasının əsas məqsədi şagirdlərin istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq, özünü təqdimetmə, kollektivi təmsiletmə qabiliyyətinin inkişafı və İKT-dən istifadə bacarıqlarının üzə çıxarılmasından ibarətdir.

Onu da qeyd edək ki, hər ay keçirilməsi planlaşdırılan “Gənc istedadlar” breyn-rinq bilik yarışının növbəti mərhələsi Bakı tarixinə həsr olunacaq.

Yarışın bütün mərhələləri üzrə komandaların aylıq topladığı xallar hesablanaraq sonda qalib məktəb seçiləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263