TƏHSİL

Dövlət İmtahan Mərkəzi TOEFL IBT imtahanı keçirəcək
05 APREL
95

Dövlət İmtahan Mərkəzi TOEFL IBT imtahanı keçirəcək

2019-04-05 09:47:00

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 6-da TOEFL IBT imtahanı keçirəcək.

DİM-dən verilən məlumata görə, imtahan qurumun Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

TOEFL® imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün http://dim.gov.az/activities/exams/toefl/ linkindən istifadə etmək lazımdır.

Qeyd edək ki, TOEFL iBT® imtahanı ali təhsil səviyyəsində ingilis dili üzrə bacarıqları istifadə etmək, oxuyub anlamaq və s. meyarları ölçmək üçün vasitədir. Bu imtahan vasitəsilə oxumaq, yazmaq, dinləmək və danışmaq üzrə bacarıqları tətbiqetmə dərəcəsi müəyyən edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266