TƏHSİL

Naxçıvanda oxunması zəruri olan kitabların siyahısına daha biri əlavə olunub
04 APREL
142

Naxçıvanda oxunması zəruri olan kitabların siyahısına daha biri əlavə olunub

2019-04-04 10:16:00

Naxçıvanda “Pedaqoji fikir tarixindən” kitabı oxunması zəruri olan kitabların siyahısına daxil edilib. 

Bu barədə  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Mətbuat xidmətindən məlumat daxil olub.

Məlumatda deyilir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən hazırlanmış “Pedaqoji fikir tarixindən” kitabı “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində 10 min nüsxə nəşr olunaraq Naxçıvan Muxtar Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin tabeliyində olan kitabxanalara, Ali Məclisin Naxçıvanşünaslıq Mərkəzinə, Naxçıvan Muxtar Respublika Kitabxanasına, elm, ali, orta ixtisas təhsili müəssisələrinin və ümumtəhsil məktəblərinin kitabxanalarına və pedaqoji heyətinə verilib.

"Elmi-pedaqoji əhəmiyyəti, yeni nəslin təlim-tərbiyəsində, eləcə də gənc nəsildə vətənpərvərliyin formalaşmasında mühüm rolu nəzərə alınaraq “Pedaqoji fikir tarixindən” kitabı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların siyahısı”na əlavə edilib", - məlumatda qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266