TƏHSİL

Təhsil işçiləri üçün yeni müsabiqə
14 YANVAR
87

Təhsil işçiləri üçün yeni müsabiqə

2019-01-14 12:52:00

“eTwinning Plus” layihəsinə qoşulmuş təhsil işçilərinin 2019-cu il ərzində xarici ölkələrdə keçiriləcək beynəlxalq təlimlərdə iştirakı ilə bağlı seçim müsabiqəsinə start verilib. Fins.az xəbər verir ki, il ərzində “eTwinning” proqramı üzrə layihələrdə iştirak edən təhsil işçiləri üçün müxtəlif seminar, konfrans və peşəkar inkişaf proqramları təşkil olunur. Xarici ölkələrdə keçirilən tədbirlər əsasən 2-3 gün davam edir. Müəllimlər üçün təlimlərdə iştirak ödənişsizdir. Tədbirlərdə iştirak üçün seçim müsabiqəsi 2 mərhələdə aparılır. 1-ci mərhələyə müraciət edən iştirakçı ən azı 1 il “eTwinning Plus” layihəsində iştirak etməli, aktiv və başa çatmış 5-dən artıq  təhsil layihəsinin müəllifi və ingilis dilində ünsiyyət bacarıqlarına malik olmalı, “eTwinning” portalından istifadə edə bilməlidir. Müsabiqənin 2-ci mərhələsinə keçən namizədlər Təhsil Nazirliyinin  İşçi Qrupu tərəfindən müsahibə olunur. Müsahibədən uğurla keçən namizədlər “eTwinning” proqramı  çərçivəsində Avropada keçiriləcək beynəlxalq təlimlərdə iştirak hüququ qazanırlar. Azərbaycanda “eTwinning Plus” layihəsi 2016-cı ildən etibarən Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən reallaşdırılır. Layihə çərçivəsində indiyədək 419 məktəbdən 1166 müəllimin iştirakı ilə 1053 təhsil layihəsi həyata keçirilib. 

© AzEdu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9398
  • ₽ RUB
    0.0254