TƏHSİL

Məktəblilərin görüşü keçirilib
10 YANVAR
200

Məktəblilərin görüşü keçirilib

2019-01-10 12:04:00

Ümumtəhsil müəssisələrinin tərbiyə işləri üzrə direktor müavinləri ilə Məktəblilərin Respublika Yaradıcılıq Festivalına hazırlıq məsələlərinə dair görüş keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təşkil olunmuş görüşdə Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, BŞTİ-nin və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, ümumi təhsil məktəblərinin tərbiyə işləri üzrə direktor müavinləri iştirak ediblər. BŞTİ-dən Fins.az-a bildiriblər ki, 20 nömrəli məktəb-liseydə keçirilən görüşdə festival barədə ətraflı məlumat verilib. Bildirilib ki, Təhsil, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi məktəblilərdə yeni növ texnologiyalardan istifadə edərək yaradıcı təfəkkür və açıq düşüncə tərzini formalaşdırmaq, onları gələcək peşə seçimi imkanları ilə təmin etməkdən ibarətdir. Festival çərçivəsində “Ekoloji yönümlü və enerji effektli məktəb” və məktəblilər arasında dram, təsviri və dekorativ-tətbiqi sənət, ekologiya istiqamətləri üzrə respublika müsabiqələrinin keçirilməsi planlaşdırılır. Müsabiqələrdə respublikanın bütün ümumi təhsil müəssisələri şagirdlərinin iştirakı nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9027
  • ₽ RUB
    0.027