TƏHSİL

Hansı ümumi təhsil müəssisələrinin bufetlərinə nəzarət var?
21 NOYABR
171

Hansı ümumi təhsil müəssisələrinin bufetlərinə nəzarət var?

2018-11-21 18:30:00

Məktəblilərin qida təhlükəsizliyi diqqət mərkəzindədir

Paytaxtdakı ümumi təhsil müəssisələrində iaşə xidmətinin təşkilində məktəbyaşlı uşaqların qidalanma təhlükəsizliyi və məktəbə olan inamın möhkəmləndirilməsi əsas amil kimi diqqət mərkəzindədir.

Hazırda müvafiq qaydaların tələbləri əsas götürülməklə, bir sıra məktəblərdə şagird və müəllimlərə isti yeməklər də təklif olunur. Məktəbin bufetinin sahəsi və maddi-texniki bazası imkan verdiyi halda, isti yeməklər verilən təhsil müəssisələrinin sayı artırıla bilər.

Həmçinin, Təhsil Nazirliyi və Qida Təhlükəsizliyi Agentiliyinin birgə təsdiq etdiyi monitorinq planına əsasən, Bakı şəhərində yerləşən 53 ümumi təhsil müəssisəsində ictimai iaşə xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulmuş bufetlərin cari vəziyyəti, müvafiq sahələrin mövcudluğu, zəruri avadanlıq və invertarlarla təminat və qida təhlükəsizliyi sahəsində texniki və normativ-hüquqi aktlardakı tələblərə riayət edilməsi vəziyyətinin qiymətləndirilməsi həyata keçirilib.

Aparılmış monitorinqlər zamanı bir sıra məktəblərdə ictimai iaşə xidmətlərinin göstərildiyi istehsalat sahələrində aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması, mütəmadi olaraq profilaktik tədbirlərin həyata keçirilməsi üçün metodiki göstərişlər verilmiş və nəzarət tədbirlərinin gücləndirilməsi üçün zəruri tədbirlər görülmüşdür.
Onu da qeyd edək ki, 2018-2019-cu tədris ilindən paytaxtın ümumi təhsil məktəblərində “Sağlam məktəbli” adlı maarifləndirici layihə çərçivəsində görüşlər keçirilir. Layihənin əsas məqsədi məktəblilər arasında qida təhlükəsizliyi məsələsini təbliğ etmək və şagirdlərə qida təhlükəsizliyi vərdişlərini aşılamaqdan ibarətdir.

Həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu əməkdaşlarının iştirakı ilə məktəblərdəki görüşlərdə şagirdlərə düzgün qidalanma ilə bağlı məlumatlar verilir, “Qida zənciri”ni əks etdirən videoçarx təqdim olunur. Görüşlər çərçivəsində “Məktəblərdə sanitar-gigiyenik norma və qaydalara əməl olunması”, ““Fast food” qidalarının ziyanları” kimi mövzularda şagirdlərlə fikir mübadiləsi aparılır və şagirdlərə sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılır.

Qeyd edək ki, cari ilin sonunadək Bakı şəhərində fəaliyyət göstərən bir sıra digər ümumi təhsil müəssisəsində də müvafiq görüşlərin keçirilməsi nəzərdə tutulur.

©bakuedu.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256